Fransa səfiri Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşünə münasibət bildirib

Fransa səfiri Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşünə münasibət bildirib
  • Clock-gray 13:05
  • calendar-gray 06 Fevral 2020

“Danışıqlar prosesinin bundan sonra da konstruktiv keçəcəyinə inanırıq”.

Bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşünə münasibət bildirərkən deyib.

“Ümid edirik ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət nəticələr əldə olunacaq”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub. Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.

Günay Elşadqızı

Digər xəbərlər