Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb
  • Clock-gray 12:57
  • calendar-gray 14 Dekabr 2020

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.

APA-nın xəbərinə görə, Ermənistan XİN-in mətbuat xidməti görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib.

Zümrüd Paşkin

Digər xəbərlər