Fransa və ABŞ-dan olan həmsədrlər Nikol Paşinyanla görüşüb

Fransa və ABŞ-dan olan həmsədrlər Nikol Paşinyanla görüşüb
# 14 dekabr 2020 17:23 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endryu Şofer İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

APA-nın xəbərinə görə, Ermənistan baş nazirinin ofisi görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli məqsədi ilə Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların davam etdirilməsini zəruri hesab etdiyini deyib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR