Ağdamda səfər çərçivəsində fransalı hüquqşünaslar Şahbulaq qalasında olublar.
APA-nın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, hüquqşünaslar Yassine Yakouti və xanım Elise Arfi Şahbulaq qalasını gəzib, ərazi ilə tanış olublar.
Qonaqlara ermənilərin işğal müddətində apardıqları qeyri-qanuni tikinti işləri ilə Şahbulaq qalasının tarixiliyinə xələl gətirdiyi, Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıtdıqları barədə məlumat verilib.