Fransalı vəkil Ermənistanın Gəncəni atəşə tutmasını müharibə cinayəti adlandırıb

Fransalı vəkil Ermənistanın Gəncəni atəşə tutmasını müharibə cinayəti adlandırıb
# 22 aprel 2021 18:24 (UTC +04:00)

“Biz bura Azərbaycanın Fransadakı səfirliyinin dəvəti ilə gəlmişik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu fransalı hüquqşünas, vəkil Yassine Yakouti Ermənistanın Gəncədə atəşə tutduğu ərazilərə baş çəkən zaman deyib.

O qeyd edib ki, məqsədləri müfəssəl şəkildə təhqiqat aparmaqdır: “Biz gördüklərimizə əsasən və hadisələrə baxaraq qiymət veririk ki, bu, artıq müharibə cinayəti sayılır. Bizim əsas məqsədimiz müfəssəl şəkildə təhqiqat aparmaq, öyrənməkdir ki, kim, haradan, necə vurub. Bütün proseslərə sonra dəqiq qiymət verə bilərik. Bu, mülki vətəndaşlara qarşı olan hücumdur. Bizi təəccübləndirən həqiqətən də müharibə zonasından uzaqda yerləşən Gəncənin atəşə tutulmasıdır. Niyə mülki vətəndaşlar, mülki obyektlər hədəf alınıb?

Gördüyümüz yerə, gördüklərimizə əsasən, əminliklə deyə bilərəm ki, nəticə etibarilə bu, müharibə cinayətləridir. Biz vəkillər kimi öz tərəfimizdən maksimum çalışacağıq ki, bu məsələnin hüquqi müstəvidə həllini tapmasında Gəncə əhalisinə kömək edək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR