Fuad Oktay: “Qarabağda işğalın izlərinin silinməsi əsas vəzifəmizdir”

Fuad Oktay: “Qarabağda işğalın izlərinin silinməsi əsas vəzifəmizdir”
  • Clock-gray 18:48
  • calendar-gray 19 Fevral 2021

Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər yerdə işğalın izlərinin silinməsi və regionun əzəmətinin qaytarılması əsas vəzifəmizdir.

APA-nın məlumatına görə, bu barədə Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi işğaldan azad edilmiş bölgələrdə “Ağıllı şəhər” modelinin qurulmasına dəstək verəcək. Bölgədə zərər görən tarixi abidələrin bərpasına da lazımi dəstək göstəriləcək. Ermənistan Qarabağda qadın, uşaq demədən mülki şəxsləri qətlə yetirəndə beynəlxalq ictimaiyyət buna səssiz qaldı. Bizim qardaşlığımız zamana, şərtlərə görə dəyişmir”, - deyə F. Oktay vurğulayıb.

Firuzə Vahid

Digər xəbərlər