Fəxrəddin Altun işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrlə bağlı UNESCO-ya müraciət edib

Fəxrəddin Altun işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrlə bağlı UNESCO-ya müraciət edib
# 11 aprel 2021 14:04 (UTC +04:00)

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun UNESCO-ya müraciət edib.

APA-nın məlumatına görə, Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri deyib ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib.

Fəxrəddin Altun bildirib ki, buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR