Goranboyda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Goranboyda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTO
# 26 fevral 2021 10:29 (UTC +04:00)

Goranboy rayonunda xocalıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım tədbirində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti və faciənin canlı şahidləri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Mərasimdə çıxış edənlər Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bir qətliam, vandalizm faktı olduğunu bildiriblər.

Qeyd edilib ki, bu hadisəyə ilk siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR