Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasındakı gərginliyi narahatlıqla izləyirik

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasındakı gərginliyi narahatlıqla izləyirik
# 27 sentyabr 2020 13:00 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasındakı gərginliyi narahatlıqla izləyirik.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Bildirilib ki, Gürcüstan tərəflər arasında atəşkəsin əldə olunacağına ümid edir: “Biz Azərbaycan və Ermənistan arasında itkilərlə nəticələnən növbəti gərginliyi narahatlıqla izləyirik. Biz ümid edirik ki, tərəflər arasında atəşkəs əldə ediləcək və müzakirələrə başlanılacaq, regional baxımdan böyük mənfi təsirləri ola biləcək genişmiqyaslı hərbi əməliyyatlardan qaçınılacaq”.

Gürcüstan XİN ATƏT-in Minsk Qrupunun həmsədrlərini və digər beynəlxalq aktyorları gərginliyin dayandırılması və konstruktiv danışıqların davam etdirilməsi üçün bütün səyləri göstərməyə çağırıb.

“Öz tərəfimizdən elan edirik ki, Gürcüstan de-eskalasiyaya və regionda sülhə mümkün olan hər yolla töhfə verməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR