Hafis Səfixanov: "Vətən müharibəsinədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır"

Hafis Səfixanov: "Vətən müharibəsinədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır"
  • Clock-gray 12:32
  • calendar-gray 25 Mart 2021

"İkinci Qarabağ müharibəsinə qədər Ermənistan hökumətinin məlumatlarına görə, onlardan 636 nəfər minaya düşüb".

APA-nın məlumatına görə, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov deyib.

Onun sözlərinə görə, bu dövrdə Azərbaycan tərəfindən minaya düşənlərin sayı isə 3000-ə yaxındır: "Onlardan 525 nəfəri həlak olub. Bizdə həlak olanların sayı Ermənistandakı ümumi saya yaxındır. Bu, onu göstərir ki, minalanmış ərazilər Azərbaycan torpaqlarıdır. Piyadalar əleyhinə minalar ucuz silah sayılır. Ermənistanın isə bu problemi yoxdur, çünki onlarda bu minalar istehsal olunur".

O bildirib ki, son döyüşlərdə mina qurbanlarının sayı hələ qeydə alınmayıb.

Əsmər Qabil

Digər xəbərlər