Hikmət Hacıyev: “Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir, terrorçulara xas metoddan istifadə edirlər”

Hikmət Hacıyev: “Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir, terrorçulara xas metoddan istifadə edirlər”
  • Clock-gray 14:56
  • calendar-gray 16 İyul 2020

“2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatının qarşısı əks-həmlə ilə alınarkən Ermənistan silahlı qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərdə artilleriyadan istifadə edib”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərinə zərbə endirilir, eyni zamanda özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər.

“Məqsəd odur ki, cavab zərbəsi nəticəsində Ermənistanda mülki şəxslərə ziyan dəysin və bundan da beynəlxalq aləmdə istifadə etsinlər. Azərbaycan Ordusu isə dəqiq hədəflərə münasibətdə zərbələr endirilir. Bu mətbuat konfransının da məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin terrorçulara xas olan metoddan istifadə etməsini, mülki əhalinin arxasında gizlənərək onları hədəfə çevirməsini çatdırmaqdır”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər