Hikmət Hacıyev: “Minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edirik”

Hikmət Hacıyev: “Minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edirik”
# 05 aprel 2021 10:12 (UTC +04:00)

“Azərbaycan QHT-ləri və mətbuat mina təhlükəsi ilə bağlı Azərbaycan əhalisinin maarifləndirilməsində aktiv iştirak edir”.

APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Azərbaycanın həm mülki əhalisi, həm də hərbçiləri mina təhlükəsinə məruz qalır: “Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir. BMT təsisatları, ayrı-ayrı ölkələrlə işğaldan azad olunmuş minaların təmizlənməsi prosesində aktiv əməkdaşlıq edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR