Hikmət Hacıyev: ““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və təhqirlərini qətiyyətlə pisləyirik”

Hikmət Hacıyev: ““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və təhqirlərini qətiyyətlə pisləyirik”
  • Clock-gray 18:46
  • calendar-gray 04 Noyabr 2020

““TF1” telekanalına qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”.   

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Azərbaycanlı mülki şəxslərinin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1” və onun müxbiri Liseron Boudoula qarşı Fransadakı erməni lobbisinin təhdidlərini və nifrət dolu təhqirlərini qətiyyətlə pisləyirik”, - deyə Prezidentin köməkçisi vurğulayıb.   

Zümrüd Paşkin

Digər xəbərlər