Hərbi Prokurorluq: Ermənistanın cinayətləri nəticəsində 10 min soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb

Hərbi Prokurorluq: Ermənistanın cinayətləri nəticəsində 10 min soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb
# 26 fevral 2020 11:23 (UTC +04:00)

“Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb”.

APA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib.

E. Tağıyev deyib ki, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib: “Həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir”.

Qeyd olunub ki, həmin cinayət işlərinin istintaqı zamanı 39 nəfər Xocalı soyqırımı üzrə, 12 nəfər Qaradağlı, 47 nəfər Kərkicahanda törədilən əməllərə, 35 nəfər əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncələrə görə, ümumilikdə isə 305 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin deportasiya, işgəncə, soyqırımı, müharibə qanunlarını pozmaq və digər maddələrdə nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, onların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün sənədlər müvafiq təşkilatlara göndərilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR