Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
# 12 noyabr 2020 21:38 (UTC +04:00)

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm ərazidə, həm də danışıqlar masasındadır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisində (TBMM) 2021-ci ilin hərbi büdcə planını açıqlayarkən millət vəkillərinin suallarını cavablandırdıqda belə deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR