İƏT Təmas Qrupu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərə dair hesabat hazırlayacaq

İƏT Təmas Qrupu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərə dair hesabat hazırlayacaq
  • Clock-gray 12:31
  • calendar-gray 08 Aprel 2021

“İƏT Təmas Qrupu səfərinin yekunlarına ilə bağlı hesabat hazırlayacaq, hesabat İƏT-in mədəniyyət şöbəsinə təqdim olunacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib.

Rizvan Səid Şeyx deyib ki, hesabat İƏT Xarici işlər Nazirləri Şurasının qətnamələr hazırlaması üçün əsas olacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər