İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam Cümə məscidində olub - VİDEO

İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam Cümə məscidində olub - VİDEO
  • Clock-gray 12:57
  • calendar-gray 06 Aprel 2021

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində olublar.

APA-nın yerli bürosunun xəbərinə görə, daimi nümayəndələr məscidə baş çəkib, erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqlarla, vəhlişiklərlə tanış olublar.

Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.

Habil Aslanoğlu

Digər xəbərlər