İcma sədri: “Erməni icmasının ikinci yolu yoxdur”

İcma sədri: “Erməni icmasının ikinci yolu yoxdur”
  • Clock-gray 11:52
  • calendar-gray 27 Dekabr 2019

“Sosial şəbəkələrdə fəaliyyətimiz dünya ermənilərinin, qondarma rejimin hiddətinə və qıcıqlanmasına səbəb olub”.

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O qeyd edib ki, sosial şəbəkələrdəki fəaliyyətlərinə gələn reaksiyalardan, erməni politoloqların və onların havadarlarının şərhlərindən görünür ki, bu fəaliyyət onlarda nə qədər qıcıq doğurur.

“Etnik nifrət, təhqiramiz ifadələr, ermənilər tərəfindən bizim sosial şəbəkələrdəki fəaliyyətimizlə bağlı yazılır adi hal alıb. Biz isə təmkinli və soyuqqanlı olaraq heç bir etnik nifrət olmayan bəyanatlarımızı, mesajlarımızı səsləndiririk. Əsas məqsədimiz erməni icmasını dəvət etməklə onları başa salmaqdır ki, niyyətimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və bir yerdə yaşamağa nail olmaqdır. Onlar bunu başa düşməlidir, onların ikinci yolu yoxdur”, - deyə icma rəhbəri vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər