İcma: Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı bələdiyyələrə seçmək və seçilmək hüququndan məhrum edib - BƏYANAT

İcma: Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı bələdiyyələrə seçmək və seçilmək hüququndan məhrum edib - BƏYANAT
  • Clock-gray 16:09
  • calendar-gray 20 Dekabr 2019

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

İcmadan APA-ya daxil olan bəyanatda deyilir ki, 2019-cu il dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. 

Bildirilib ki, seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.

“Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir. Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib. Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar. Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruculuq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq”, - deyə bəyanatda qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date