İki azərbaycanlı İrəvanda video-çəkiliş aparıb: Ermənistan xüsusi xidmət orqanları, işləyə bilmirsiniz! - VİDEO

İki azərbaycanlı İrəvanda video-çəkiliş aparıb: Ermənistan xüsusi xidmət orqanları, işləyə bilmirsiniz! - VİDEO
# 21 may 2020 14:04 (UTC +04:00)

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.

APA xəbər verir ki, kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.

Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR