İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərlərin yaradılmasına beynəlxalq qiymətləndirmədən sonra başlanacağını bildirib

İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərlərin yaradılmasına beynəlxalq qiymətləndirmədən sonra başlanacağını bildirib
# 07 yanvar 2021 13:20 (UTC +04:00)

“Biz qiymətləndirmə aparmadan və eyni zamanda, dediyim kimi, xarici tərəfdaşlar, şirkətlər qiymətləndirmə aparmadan bərpa işlərinə başlaya bilmərik. Yəni, mən bərpa işləri deyəndə evlərin, şəhərlərin bərpasından söhbət açıram. Çünki indi infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Prezident İlham Əliyev bildirib ki, evlərin bərpasına, daha doğrusu, dağılmış o evlərin, onların yerində şəhərlərin yaradılmasına isə biz ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlaya bilərik: “Çünki əks təqdirdə, məhkəmələrdə qarşı tərəf bizi əsassız olaraq ittiham edə bilər ki, biz burada hansısa faktları saxtalaşdırırıq. Ona görə, ilk növbədə, biz özümüz bütün sənədləşməni aparmalıyıq, beynəlxalq şirkətlər gəlib bu sənədləşməni aparsınlar. Ondan sonra artıq şəhərlərin bərpası prosesinə start verə bilərik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR