İndoneziya Jurnalistlər Assosiasiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İndoneziya Jurnalistlər Assosiasiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
# 19 fevral 2021 10:24 (UTC +04:00)

İndoneziya Jurnalistlər Assosiasiyası Mərkəzi (PWI) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar başsağlığı bəyanatı imzalayıb.

Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda münaqişə və zorakılıq nəticəsində bir insanın həyatını itirməsinin insanlıq faciəsi olduğu, 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində baş verənlərin bu qəbildən olduğu qeyd olunub.

İndoneziya Jurnalistlər Assosiasiyasının (PWI) dialoqun tərənnümü, təmkinlə və insan haqlarının, xüsusilə mülkü şəxslərin şərəf və ləyaqətinin qorunması təmin edilməklə, münaqişənin və zorakılığın sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

Habelə, 1992-ci ilin 26 fevralında Xocalı şəhərində baş verən faciənin münaqişənin və zorakılığın yalnız əzab-əziyyət gətirdiyinə dair tutarlı bir dərs olduğu bildirilib.

Bəyanatda, o cümlədən sivilizasiyanın tolerantlıq, sülhpərvərlik və qarşılıqlı hörmət nəticəsində qurulduğu qeyd olunub. Demokratiyanın dördüncü sütunu kimi jurnalistika və medianın bəşər sivilizasiyasının zirvəsinin yaradılmasına dair faktların və ictimai anlayışın dərc olunmasına öz töhfəsini verdiyi vurğulanıb.

Bəyanatda, həmçinin, İndoneziya Jurnalistlər Assosiasiyasının Azərbaycan xalqına və Xocalı faciəsinin qurbanlarının ailələrinə başsağlığı verdiyi, ruhlarının şad olmasını dilədiyi qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR