İran dövlətinin sözçüsü: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və işğal olunmuş ərazilər boşaldılmalıdır”

İran dövlətinin sözçüsü: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və işğal olunmuş ərazilər boşaldılmalıdır”
# 06 oktyabr 2020 15:07 (UTC +04:00)

“Azərbaycanın ərazi bütövlüyü təmin edilməli və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İran dövlətinin sözçüsü Əli Rəbii deyib.

“İran İslam Respublikasının təkidlə vurğuladığı mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, BMT qətnamələrinə hörmət olunması və Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasıdır. Eyni zamanda, üçüncü tərəfin münaqişəyə müdaxiləsi problemi həll etməyəcək. Düşünürük ki, münaqişənin hərbi yolla həlli yoxdur”, - deyə İran dövlətinin sözçüsü bildirib.

O qeyd edib ki, İran tərəfi dəfələrlə atəşkəsin əldə olunmasına yardım etməyə hazır olduğunu açıqlayıb: “İran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir layihə hazırlayıb. Hazırda həm Azərbaycan, həm də Ermənistanla bu layihə haqqında məsləhətləşmələr aparılır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR