İran prezidentinin müşaviri Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb

İran prezidentinin müşaviri Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb
  • Clock-gray 18:15
  • calendar-gray 18 Noyabr 2020

İran prezidenti Həsən Ruhaninin müşaviri və İran Strateji Araşdırmalar Mərkəzinin direktoru Hüsaməddin Aşna Azərbaycan səfiri Bünyad Hüseynov və Ermənistan səfiri Artaşes Tumanyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşlər zamanı sülh perspektivləri, ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Dağlıq Qarabağ böhranının həllində İranın bitərəfliyini qoruduğunu və transregional güclərin münaqişəyə müdaxilə etməməsinin vacibliyini diqqətə çatdıran İran prezidentinin müşaviri Ermənistan və Azərbaycan tərəflərini atəşkəsə əməl etməyə və münaqişəyə son qoyulması üçün davamlı həll yolunun tapılması istiqamətində səy göstərməyə çağırıb.

H. Aşna atəşkəsin davamlı qalması və son müharibənin vurduğu ziyanın kompensasiya edilməsinin zəruriliyinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin qarşılıqlı maraqları naminə sülhün möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın dərinləşməsinə kömək edə biləcəyinə ümidvar olduğunu qeyd edib.

Süleyman Fərzəliyev

Digər xəbərlər