İranın Azərbaycandakı səfiri Tural Gəncəliyevlə görüşüb

İranın Azərbaycandakı səfiri Tural Gəncəliyevlə görüşüb
# 12 iyun 2020 10:55 (UTC +04:00)

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Səfirliyin məlumatına görə, tərəflər regionda mövcud vəziyyəti müzakirə ediblər.

“Görüş zamanı səfir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və region ölkələrinin təşəbbüsü əsasında sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR