İsmayıl Axundov: “Erməni girovluğunda olan iki mülki azərbaycanlıdan biri ötən ilin aprel, digəri iyun ayında girov götürülüb”

İsmayıl Axundov: “Erməni girovluğunda olan iki mülki azərbaycanlıdan biri ötən ilin aprel, digəri iyun ayında girov götürülüb”
# 05 yanvar 2021 18:36 (UTC +04:00)

“Hazırda Azərbaycanın iki mülki şəxsi erməni girovluğundadır”.

Bunu APA-nın Azərbaycanın Ermənistan tərəfdə saxlanılan mülki şəxsləri ilə bağlı sualına cavabında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin iki mülki şəxsə baş çəkib: “Onlarla bağlı hazırda iş gedir. Həmin iki nəfər 27 sentyabrdan əvvəl - biri ötən ilin aprel, digəri isə iyun ayında girov götürülüb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR