İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO

İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO
# 26 fevral 2021 13:26 (UTC +04:00)

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu (AGF) və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından Aya Sofya məscidi qarşısında bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib.

Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış səslənib və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilib.

TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı da baş tutub. Həmçinin, Mərkəzdə Türkiyənin əksər bölgələrindəki gənclərin iştirakı ilə geniş onlayn tədbir keçirilib.

Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı barədə məlumat verilib. Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş, “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmüş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş “Sonsuz dəhliz” filmi də nümayiş etdirilib.

Tədbirlərdə TUGFA sədri Enes Eminoğlu, AGF-nin icraçı direktoru Fərid Cəfərov, millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və 7 yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış ediblər.

Qeyd edək ki, sabah hər iki ölkə nümayəndələrinin iştirakı ilə İstanbulun Sarıyer bölgəsində Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi və “Xocalı” abidəsinin ziyarət edilməsi planlaşdırılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR