İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yayıb

İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yayıb
# 11 oktyabr 2020 16:47 (UTC +04:00)

İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı başlayan və mülki şəxslər və hərbçilər arasında itkiyə səbəb olan bütün hərbi hücumları kəskin şəkildə qınayır və hərbi əməliyyatlarda həlak olanların ailələrinə başsağlığı verir.

APA-nın xəbərinə görə, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının yaydığı bəyanatda bildirilib.

“ITAZERCOM beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının bütün erməni işğalçı qüvvələrini təcili, tam və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonundan çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyünü qətiliklə dəstəkləyir.

İtaliya-Azərbaycan Ticarət Palatası, müstəqil, qeyri-hökumət, ikitərəfli biznes qurumu olaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin bu cür qanuni çərçivədə həllinə tərəfdar olmağa çağırır və heç bir ara vermədən Azərbaycan-İtalyan iş dünyası çərçivəsində daha da güclü şəkildə qarşılıqlı əməkdaşlığı və dostluğu təşviq etməyə davam edir”, - deyə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR