İtaliya Senatının üzvü: “Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”

İtaliya Senatının üzvü: “Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”
# 06 dekabr 2020 16:48 (UTC +04:00)

“İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin buraya səfər etməkdə məqsədi müharibəni yenidən alovlandıran səbəblər, müharibənin nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında işğaldan azad edilən Ağdam şəhərində səfərdə olan İtaliya Senatının üzvü Adolfo Urso bildirib.

A.Urso deyib ki, insani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə, həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir: “Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR