İtaliya mətbuatında “Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı məqalə dərc olunub

İtaliya mətbuatında “Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı məqalə dərc olunub
  • Clock-gray 12:00
  • calendar-gray 04 Sentyabr 2020

İtaliya mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qismində həyata keçirdiyi təxribatlarla bağlı “Akopyan erməni qadınları mülki azərbaycanlılara qarşı hücuma hazırlayır” başlıqlı məqalə dərc olunub.

APA-nın xəbərinə görə, məqalə “Eurasianews” xəbər portalında dərc olunub.

Məqalədə bildirilir ki, son iyul hadisələrindən sonra hazırda Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində və hər iki ölkənin qoşunları arasında təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmamasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatedici məqamlar mövcuddur.

“Son aylar mətbuatda öz əri ilə birlikdə iqtisadi-maliyyə maxinasiyaları ilə məşhur olan Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 2018-ci ildə regionda sülhün müdafiəçisi kimi özünü təqdim edir və azərbaycanlı qadınları da “Sülh uğrunda qadınlar” kampaniyasına qoşulmağa dəvət edirdi. Lakin cəmi il yarımdan sonra həmin Anna Akopyanın özünün “sülhpərvər qadınları” ilə birlikdə otuz ildən artıqdır ki Ermənistanın hərbi işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlərdə iştirak etdiyi barədə xəbərlər yayılır. O, sülhə çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq, qadınları həmçinin silahlardan istifadə etməklə Dağlıq Qarabağı müdafiə etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

İyul hadisələri, eləcə də Ermənistan qadınlarının belə hərəkətləri Ermənistanın Müdafiə nazirinin sözlərini bir daha təsdiq edir, hansı ki, o, iyul hadisələri və Ermənistanın Azərbaycana hücum etməsi səbəbindən Tovuz rayonunda zorakılığın artmasından əvvəl bildirmişdi ki, “Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır”, - deyə məqalədə qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər