Kanada Senatı ermənipərəst senatorların qondarma “DQR”-in tanınmasına dair təşəbbüsünü rədd edib

Kanada Senatı ermənipərəst senatorların qondarma “DQR”-in tanınmasına dair təşəbbüsünü rədd edib
  • Clock-gray 12:23
  • calendar-gray 09 Dekabr 2020

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Kanada Senatında müzakirəyə çıxarılıb və rədd edilib.

APA-nın xəbərinə görə, bu barədə Kanada Senatının rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.

Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb. 

 

Zümrüd Paşkin

Digər xəbərlər