Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”

Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
# 04 mart 2021 18:50 (UTC +04:00)

“10 noyabrın 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və çağırışlar” mövzusunda vebinarda çıxışı zamanı deyib.

O, Ermənistanda siyasi böhranın olduğunu diqqətə çatdırıb.

“Əgər Baş Nazir Nikol Paşinyan hakimiyyətdə olmazsa, ehtimala görə onu əvəz edəcək şəxs və həmin şəxsin arxasındakı siyasi qüvvələr çalışacaqlar ki, üçtərəfli razılaşmanı pozsunlar”, - deyə M. Brayza qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR