Komissiya: Ermənistan azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlədir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir

Komissiya: Ermənistan azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlədir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir
# 01 dekabr 2020 17:38 (UTC +04:00)

“Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR