Kreml Dağlıq Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib

Kreml Dağlıq Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib
  • Clock-gray 14:17
  • calendar-gray 14 Dekabr 2020

"Dağlıq Qarabağda narahatedici vəziyyət yaşanıb. Lakin bu, çox operativ şəkildə aradan qaldırılıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağda atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

O, baş verənlərlə bağlı məlumatların az olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib: “Bu, sülhməramlılarımız üçün əlavə yükdür. Baş verənlərlə bağlı təcili təmaslar həyata keçirilib. Təqdim edə bildiyimiz bütün məlumat bundan ibarətdir”.

Fərid Əkbərov

Digər xəbərlər