Kreml: Ermənistandakı hadisələr hələ ki, Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib

Kreml: Ermənistandakı hadisələr hələ ki, Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib
# 26 fevral 2021 14:09 (UTC +04:00)

Ermənistanda baş verən hadisələr hələ ki, Dağlıq Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə təsir göstərməyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İrəvandakı vəziyyətə görə Moskva Dağlıq Qarabağ razılaşmasının pozulmasına təhdid görürmü?” sualına cavab verərkən deyib.

“Xeyr, hələ ki, hər şey həyata keçirilir. Ermənistanda baş verən hadisələrə baxmayaraq, Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi yolunu tutmaq vacibdir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR