Kreml: Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransa iştirak etməyib

Kreml: Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransa iştirak etməyib
# 10 noyabr 2020 13:48 (UTC +04:00)

“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, üçtərəfli bəyanatdır”, - deyə Rusiya Prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR