Lavrov: “ATƏT-ə üzv ölkələr Qarabağla bağlı əldə olunan razılığa daha çox dəstək olmalıdır”

Lavrov: “ATƏT-ə üzv ölkələr Qarabağla bağlı əldə olunan razılığa daha çox dəstək olmalıdır”
# 03 dekabr 2020 16:36 (UTC +04:00)

“Münaqişələrin nizamlanmasında ATƏT-in potensialı tələb olunan səviyyədə qalır”.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

S. Lavrov qeyd edib ki. ATƏT məkanındakı böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalar təşkilata üzv ölkələr tərəfindən daha çox dəstək almalıdır: “Bu, həmin razılaşmaların həyata keçirilməsinə yardımçı olacaq. Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasına münasibətdə də bunu gözləyirik. Biz bu prosesə hər cür dəstəyi göstərməyi davam edəcəyik. ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı əməkdaşlığı qiymətləndiririk”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR