Lavrov: “Azərbaycan və Ermənistanın Qarabağdakı humanitar yardım mərkəzinin işinə cəlb olunması lazımdır”

Lavrov: “Azərbaycan və Ermənistanın Qarabağdakı humanitar yardım mərkəzinin işinə cəlb olunması lazımdır”
  • Clock-gray 16:24
  • calendar-gray 07 Dekabr 2020

“Azərbaycan və Ermənistanın Qarabağdakı humanitar yardım mərkəzinin işinə cəlb olunması lazımdır. İndi bunun üçün müvafiq sənədlər hazırlanır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qaçqınların qayıtmasına yardım dayanıqlı xarakter almağa başlayıb: “İnsanlar bu prosesdə daha çox əminlik hiss edirlər. Biz bu əhval ruhiyyəni hər cür möhkəmləndirəcəyik. Buna humanitar yardım mərkəzinin Azərbaycan və Ermənistanın iştirakı ilə beynəlxalq mərkəzə çevrilməsi ilə bağlı hazırda aparılan danışıqlar yardım edəcək. Müvafiq strukturların xətti ilə hazırda müvafiq sənədlər müzakirə olunur”.

Fərid Əkbərov

Digər xəbərlər