Lavrov Dağlıq Qarabağın Rusiya-Türkiyə əməkdaşlığında prioritet təşkil etdiyini bildirib

Lavrov Dağlıq Qarabağın Rusiya-Türkiyə əməkdaşlığında prioritet təşkil etdiyini bildirib
  • Clock-gray 13:36
  • calendar-gray 29 Dekabr 2020

 “Bu il pandemiya olmasına baxmayaraq, Rusiya və Türkiyə prezidentləri çox sıx təmasda olublar”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu il üç dəfə əyani, bir dəfə isə Astana sammiti çərçivəsində videokonfrans formatında görüşüblər: “20 dəfəyə yaxın isə telefonla danışıblar. Bu statistika tərəfdaşlığımızı tamamlayan ikitərəfli, regional və beynəlxalq gündəmdə duran məsələlər dairəsinin genişliyinə dəlalət edir. Ona görə də bu gün iki ölkə arasında, siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin vəziyyətinə baxacağıq. Bizim çox zəngin beynəlxalq gündəmimiz var: Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı, Liviyadakı nizamlanma ilə bağlı əməkdaşlığımız və Dağlıq Qarabağ mövzusu, hansı ki, hazırda prioritet plana çıxıb. Bütün bunlar bu gün müzakirə edəcəyimiz məsələlərdir”.

S. Lavrov Rusiya ilə Türkiyə arasında əməkdaşlıq coğrafiyası ilə bağlı fikir mübadiləsini davam etdirmək niyyətində olduqlarını vurğulayıb: “Əməkdaşlığımızın coğrafiyası Qara dəniz regionu, Mərkəzi Asiya bölgəsidir, hansı ki, biz məhsuldar fikir mübadiləmizi davam etdirmək istəyirik. Əlbəttə ki, qlobal planda biz çoxtərəfli strukturlarda əməkdaşlıq edirik. Hər şeydən öncə bu beynəlxalq strukturlar BMT, ATƏT və Avropa Şurasıdır. Bütün bu məsələlərlə bağlı fikir mübadiləsi mövqelərimizi razılaşdırmağa, bir-birimizi anlamağa kömək edir. Aydın və etibarlı dialoqumuzu yüksək qiymətləndiririk”.

Fərid Əkbərov

Digər xəbərlər