Lavrov: “Ermənistan və Azərbaycan vəziyyətin normallaşmasında maraqlıdır”

Lavrov: “Ermənistan və Azərbaycan vəziyyətin normallaşmasında maraqlıdır”
# 01 sentyabr 2020 12:28 (UTC +04:00)

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin normallaşmasında maraqlıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbə və müəllim heyəti önündə çıxışında bildirib.

Rusiyalı nazir Ermənistan və Azərbaycan XİN başçıları ilə danışdığını söyləyib: "Hiss edirik ki, hər iki tərəf vəziyyətin sakitləşməsində, həmsədrlərin regionda təşkil etdiyi görüşlərin bərpa olunmasında maraqlıdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR