Lavrov: “Rusiya Qarabağla bağlı üçtərəfli razılaşma haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib”

Lavrov: “Rusiya Qarabağla bağlı üçtərəfli razılaşma haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib”
# 20 noyabr 2020 22:09 (UTC +04:00)

Rusiya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılığı haqqında bütün məlumatı ABŞ və Fransaya təqdim edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı müşavirədə bildirib.

“Biz bu günlərdə Moskvada səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə sıx təmasdayıq. Mən onlarla görüşdüm, həmkarlarım görüşdü, onlara 9 noyabrda imzalanan razılaşma haqqında tam məlumat təqdim olunub və bununla da əldə olunan razılığın son illər Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılan və dünyada geniş dəstək alan prinsiplərə tamamilə uyğun olduğu bir daha təsdiqlənib”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR