Lavrov: “Ümid edirik ki, humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcək”

Lavrov: “Ümid edirik ki, humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcək”
# 12 oktyabr 2020 16:15 (UTC +04:00)

Rusiya ümid edir ki, Dağlıq Qarabağla bağlı humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcəklər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında bildirib.

O, danışıqların bərpa olunmasının gecikdirilməsinin düzgün olmadığını qeyd edib: “Danışıqlar prosesinin bərpa olunmasını uzatmaq düzgün deyil”.

Rusiya XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət olduqca vacibdir: “Bizim birgə qəbul olunan bəyanatımızda humanitar atəşkəs rejiminin parametrlərinin əlavə olaraq işlənib hazırlanacağı xüsusi ilə vurğulanıb. Əlbəttə ki, Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin kəskinliyi, habelə hərbi əsirlərin və saxlanılan şəxslərin problemlərinin kəskinliyi nəzərə alınıb. Həlak olanların meyitlərini yaxınlarına vermək lazımdır. Ona görə də dəqiqləşdirmə mexanizmlərinin işlənib hazırlanmasını uzatmaq olmaz. Hazırda bunun üzərində iş gedir. Rusiya Federasiyası bu işdə iştirak edir, həmsədrlər köməklik göstərir. Təmasda olduğumuz Beynəlxalq Qızıl Xaç Komitəsi də vəziyyət sabitləşən kimi bu işə qoşulmağa hazırdır. O ki, qaldı Rusiyanın bundan sonra münaqişənin həlli prosesində iştirakına, biz bundan sonra məsələ ilə Minsk Qrupunun həmsədrlərindən biri kimi, həm də qonşularımızla müttəfiq və strateji tərəfdaş kimi aktiv məşğul olacağıq. Düşünürəm ki, bizim oktyabrın 9-dan 10-a keçən gecə aparılan danışıqlarımız çox vacib sənədin razılaşdırılması ilə bitib. Bizim səylərimiz boşa çıxmayıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR