Lavrov və Cavad Zərif Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırıblar

Lavrov və Cavad Zərif Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırıblar
  • Clock-gray 15:39
  • calendar-gray 26 Yanvar 2021

“İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət planını müzakirə etdik. Biz bu razılaşmanın tam şəkildə bərpa olunmasında maraqlıyıq. Digər beynəlxalq gündəmdə olan məsələlərdən Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırdıq”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşün yekunları ilə bağlı birgə mətbuat konfransında deyib.

O, iranlı həmkarı ilə görüşdə yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul olunan razılaşmalardan danışdıqlarını vurğulayıb: “Harada ki, Cənubi Qafqazda bütün iqtisadi, nəqliyyat və digər əlaqələrin region ölkələrinin iştirakı ilə bərpa olunması ilə bağlı əməkdaşlıqdan söhbət gedir. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafındakı vəziyyətin qalan siyasi aspektlərini ədalətli əsasda, Azərbaycan və erməni xalqının və əlbəttə ki, onların qonşularının maraqlarına naminə həll etməyə imkan verəcək”.

Fərid Əkbərov

Digər xəbərlər