Leyla Abdullayeva: “Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur”

Leyla Abdullayeva: “Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur”
# 11 mart 2021 16:15 (UTC +04:00)

“Ümumiyyətlə bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur”.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırarkən deyib.

“Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb”, - deyə XİN rəsmisi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR