Lukaşeviç: “Dağlıq Qarabağ münaqişəsinin həllinə Bakı və İrəvan nail olmalıdır”

Lukaşeviç: “Dağlıq Qarabağ münaqişəsinin həllinə Bakı və İrəvan nail olmalıdır”
  • Clock-gray 17:11
  • calendar-gray 16 Dekabr 2019

“Dağlıq Qarabağ münaqişəsinin həllinə əsas maneənin nə olduğunu münaqişə tərəflərindən soruşmaq lazımdır. Biz vasitəçiyik, münaqişənin həlli yollarının tapılması üçün tərəflərə yardım edirik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya Seqodnya” informasiya agentliyində keçirilən Moskva-Vyana videokörpüsündə deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əsas maneə nədir və 2019-cu ili Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının effektivliyi baxımından necə qiymətləndirmək olar?" sualına cavab verən rusiyalı diplomat bildirib ki, münaqişənin mərhələli həllinə əsas maneənin nə olduğunu münaqişə tərəflərindən - Bakı və İrəvandan soruşmaq lazımdır.

“Biz həmsədr ölkələr vasitəçiyik. Bütün problemlərin həllinə iki tərəf nail olmalıdır. Həmsədr ölkələr isə bu prosesə hər cür yardımı göstərir və bundan sonra da göstərəcək”, - deyə A. Lukaşeviç qeyd edib.

A. Lukaşeviç 2019-cu ildə münaqişənin nizamlanmasında irəliləyişin olmadığını vurğulayıb. 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date