MM üzvü: “Fransa Minsk Qrupundan rədd olmalıdır, Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır”

MM üzvü: “Fransa Minsk Qrupundan rədd olmalıdır, Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır”
# 26 noyabr 2020 12:05 (UTC +04:00)

“Fransa Senatının atdığı bu addım bütün Qərb demokratiyasının iç üzünü açdı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, ABŞ-da, eləcə də Qərbdə demokratiya 2 canavar və 1 quzunun axşam yeməyini müzakirə etməsinə bənzəyir: “Yəni nəticədə demokratik qərar nəticəsində yeyilən quzu olur. Bütövlükdə Qərb demokratiyasının və Fransa demokratiyasının mahiyyəti budur. Makronun yeni qanun təklifi separatizmlə mübarizə ilə bağlıdır və həmin qanun 2021-ci ildə həmin senatda müzakirə edilməlidir. Bütün bu sadaladığımız reallıqları nəzərə alaraq deyirəm ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmaq üçün heç bir haqqı yoxdur”.

Deputat Aqil Abbas isə illər öncə Şamil Qurbanovun Milli Məclisdə dediklərini xatırladıb: “Dedi ki, “Jak Şirak qudurub” və onu özümüzünkülər hədəf aldı. İndi mən demək istəmirəm ki, Makron qudurub. Hədəf olmaq istəmirəm. Hələ Ağdama, Şuşaya getmək istəyirəm. Fransa Liviyada, Suriyada məğlub olduğunu unuda bilmir. Fransa ATƏT-in Minsk Qrupundan rədd olmalıdır. Artıq Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır. Nə qədər şəhid hesabına bizim torpaqlarımız azad olunub”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR