Media nümayəndələri Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə tanış olublar - FOTO

Media nümayəndələri Zəngilan-Horadiz avtomobil yolunun tikintisi ilə tanış olublar - FOTO
  • Clock-gray 14:17
  • calendar-gray 28 Aprel 2021

Bir qrup mətbuat nümayəndəsi Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində Zəngilan-Horadiz avtomobil yolunun inşa ediləcəyi ərazidə olublar.

APA-nın əməkdaşı xəbər verir ki, ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir, eyni zamanda torpaq işləri aparılır.  

Jurnalistlərə məlumat verilib ki, yolun ümumi uzunluğu 124 kilometrdir. Yol 6 zolaqdan ibarət olacaq. İşğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynaması baxımından Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub.

Habil Aslanoğlu

Digər xəbərlər