Millət vəkili: “Ali Radanın onlarla deputatı da Dağlıq Qarabağdakı “seçkiləri” qəbul etmir”

Millət vəkili: “Ali Radanın onlarla deputatı da Dağlıq Qarabağdakı “seçkiləri” qəbul etmir”
# 01 aprel 2020 18:39 (UTC +04:00)

“Ukrayna Azərbaycanın strateji müttəfiqidir və Ukrayna Azərbaycanın xarici siyasətinə fəal dəstək verir”.

Bunu APA-ya açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident və parlament seçkiləri”ni tanımaması, rəsmi Kiyevin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanatına münasibət bildirən millət vəkili Rüfət Quliyev bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatını yüksək dəyərləndirən R. Quliyev deyib ki, Ukrayna Avropada ərazisinə görə Rusiyadan sonra ikinci ölkədir: “Mən V Çağırış Milli Məclisdə Azərbaycan-Ukrayna Dostluq Qrupunun rəhbəri olmuşam. Ukraynada müxtəlif səviyyələrdə Azərbaycana dost münasibət mövcuddur. Dünən Ali Radanın onlarla deputatı mənə zəng açıb, Azərbaycana dəstəklərini bildirir, qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident və parlament seçkiləri”ni qəbul etmirlər. Ali Radanın deputatları bildirirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Ukrayna siyasətçilərinin Azərbaycana dəstəyi bizim üçün önəmlidir. Bir məqamı da qeyd edim. Bu ölkədə 500 mindən çox azərbaycanlı yaşayır. Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov da “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident və parlament seçkiləri” ilə bağlı öz etirazını bildirib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR