Məmmədyarov: “Dağlıq Qarabağ məsələsində prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”

Məmmədyarov: “Dağlıq Qarabağ məsələsində prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”
# 03 dekabr 2019 13:05 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin həllini, bu sahədə son hadisələri ətraflı müzakirə etdik. Bu məsələ Rusiya ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacibdir. Bu məsələdə irəli getmək lazımdır, nə savaş, nə də barışın olmaması bir nəticə vermir. Prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, köçkünlərin qaytarılması, qarşılıqlı əlaqələrin qurulması, yolların çəkilməsi və s. məsələlər həll olunmalıdır: “Tənzimləmə belə olmalıdır ki, bu əməkdaşlıq rifaha gətirsin. Bu, həm də Rusiya ilə dialoqumuzun gündəliyindədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR