Müdafiə Nazirliyi: Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır

Müdafiə Nazirliyi: Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır
  • Clock-gray 10:18
  • calendar-gray 03 Noyabr 2020

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil. 

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.

apa-logo-mini

Digər xəbərlər